Bu gün:

“Ştutqart”ın sahibi olan keçmiş deputatla bağlı prokurorluq araşdırmaya başladı

|| Oxunma: 518

“Ştutqart”ın sahibi olan keçmiş deputatla bağlı prokurorluq araşdırmaya başladı

Sabiq deputat, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin ağacların kəsməsi müraciəti əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib.

Mubahise.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə açıqlamasında bildirib ki, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

O qeyd edib ki, aparılan araşdırma zamanı sözügedən ərazidə 21 şam ağacının kəsildiyi müəyyən edilib: "Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.

Qeyd edək ki, bu gün Nəriman Əliyevin 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşların maaşları verməməsi ilə bağlı rəhbəri olduğu "Ştutqart" MMC-nin keçmiş əməkdaşının müraciəti yayımlanmışdı. 

Ətraflı: Ştutqart”ın sahibi Nəriman Əliyev bacısı oğlunu 25 milyonluq yeyintidə ittiham etdi - Fotolar

A- A A+