Bu gün:

Sumqayıtda külək ağacı aşırdı, yolda hərəkət dayandı - Fotolar

Sumqayıtda külək ağacı aşırdı, yolda hərəkət dayandı

Sumqayıtda güclü külək hündür ağacı kökündən çıxarıb.

Mubahise.az xəbər verir ki, hadisə dünən axşam saatlarında "Karvan" ticarət mərkəzinin qarşısında baş verib.

Güclü külək nəticəsində piyada səkisində olan hündür ağac kökündən çıxaraq yola aşıb. Ağac 99 CP 373 nömrəli "Opel" markalı avtomobilin üstünə düşüb.

Həmçinin, yolda nəqliyyatın hərəkətinə müvəqqəti çətinlik yaranıb.

A- A A+