Bu gün:

Şuşa və Ağdama marşrut açılır - 24 yanvardan

|| Oxunma: 1240

 Şuşa və Ağdama marşrut açılır

Marşrut xətləri üzrə bilet satışı onlayn qaydada həyata keçiriləcək.

Mubahise.az Real TV-yə istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən əldə olunan məlumata görə, nəzərdə tutulan marşrut xəttləri bunlardır: Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı, Bərdə – Ağdam – Bərdə.
Başlanğıc məntəqəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən götürülən Bakı – Şuşa – Bakı marşrutunun təyinat məntəqəsi Şuşa köhnə avtovağzalı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli maşrutunun başlanğıc məntəqəsi Füzuli rayonunun Əhmədbəyli kəndi təyinat məntəqəsi Şuşa köhnə avtovağzalı, Bakı – Ağdam – Bakı marşrutunun başlanğıc məntəqəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi təyinat məntəqəsi Ağdam şəhəri və nəhayət başlanğıcı Bərdə avtovağzalından başlanan Bərdə – Ağdam – Bərdə marşrutunun təyinat məntəqəsi Ağdam şəhəri olacaq.

Hazırda daşıyıcıların müəyyən olunması üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair aidiyyəti qurumlar tərəfindən hazırlıq işləri də aparılıb.

Qeyd edək ki, azad olunan torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.

A- A A+