Bu gün:

"Taliban qadınlara verdiyi vədə əməl etmir " - -BMT-nin Baş Katibi Quterreş

BMT-nin baş katibi Quterreş: "Talibanın Əfqanıstan qadın və uşaqlarına verdiyi vədlərə əməl etməməsindən narahatam",- dedi.

Mubahise.az xəbər verir ki,  BMT -nin bununla bağlı bir planının olub -olmadığı barədə suala Quterreş: "Hər gün Talibanla təmasdayıq. Nəticələri ləng əldə edirik. Bəzi yerlərdə uğursuz ola bilərik, amma heç vaxt təslim olmayacağıq",- cavabını verib. O, həmçinin, Taliban qruplaşmasını beynəlxalq insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Guterres  Talibanın ölkəni nəzarət altına aldıqdan sonra  ölkənin aktivlərinin dondurulduğunu və inkişaf üçün dəstəyin  dayandırıldığını, iqtisadiyyatın çökmə həddinə çatdığını bildirib. " İqtisadiyyatı yenidən inkişafı yollarını tapmalıyıq" .

Əfqanıstan iqtisadiyyatının 80 faizinin qeyri -rəsmi olduğunu və qadınların iqtisadiyyatda üstün rol oynadığını vurğulayan Guterres:  "Qadınsız Əfqanıstan iqtisadiyyatını və cəmiyyətini bərpa etmək mümkün deyil".

"YARDIM ETMƏSƏK, BÜTÜN DÜNYA BƏDƏL ÖDƏYƏCƏK"

"Əfqanlara kömək etmək üçün dərhal hərəkətə keçməsək, yalnız onlar deyil, bütün dünya ağır bir bədəl ödəyəcək. Qida, iş və hüquqlar olmadığı halda, daha çox əfqanın daha yaxşı bir həyat üçün ölkədən qaçacağını görəcəyik. Narkotik, cinayətlər və terrorçuluq artacacaq . Bu, təkcə Əfqanıstana deyil, bölgəyə və dünyanın qalan hissəsinə də təsir edəcək”.- deyə  Baş Katib bildirib.

 

 

A- A A+