Bu gün:

Ticarət və diplomatiya mediatonlarının missiyası bənzər - -lakin fərqlidir

Ticarət və diplomatiya mediatonlarının missiyası bənzər

Ticarət və diplomatiya mediatonlarının missiyası bənzər, lakin fərqlidir

 Ticarət və diplomatiya mediatorunun rolu və metodları arasında fərq müəyyənləşdirilməlidir. Bütün mediatorların tərəflərə çətinlik və fərqləri aşmağı kömək edən üçüncü tərəf kimi çıxış etməsinə baxmayaraq iki proses eyni deyil. Məsələn:

• Kommersiya mediasiyası bir və ya iki mediator tərəfindən aparılır,diplomatic vasitəçilik isə nadir hallarda bir mediator tərəfindən aparılır,adətən çoxsahəli peşəkarlardan ibarət qrup tərəfindən həyata keçirilir.

• Kommersiya mediatoru bitərəf olmalıdır və tərəflərdən heç birini və ya prosesin nəticələrini əhatə edən şəxsi maraqları olmamalıdır.Bundan fərqli olaraq , diplomatik qruplara tez-tez suveren ölkələrin münaqişədən təsirlənən bölgədə geniş maraqları olan elçiləri rəhbərlik edir.

• Kommersiya mediatoru tərəfləri maraqlara əsaslanan danışıqlar yolu ilə razılığa gətirir. O, hansı bir  qəddar tədbir görməkdən çəkinməlidir. Diplomatik mediasiyada isə tərəfləri meydana çıxmaqda olan müqaviləni "könüllü" şəkildə qəbul etmək və münaqişəni həll olunmaq üçün hazır vəziyyətə gətirmək üçün vasitəçi qrupun taktikasının inandırıcı tədbirləri, potensial sanksiyaları və ya digər təsir vasitələrini əhatə etdiyi uğurlu bir çox metodu var.

• Bundan əlavə, kommersiya vasitəçisi maddi haqq almaq hüququna malikdir və bu haqq heç vaxt tərəflər arasında razılaşdırılmış nəticədən maliyyələşdirməməlidir. Diplomatik arenada isə tərəflər arasında əldə olunan anlaşma çərçivəsində mediasiya qrupunun ölkə tərəfindən maddi fayda, siyasi dəstək, təhlükəsizlik zəmanəti və ya hərbi yardımla təmin olunduğu çoxsaylı nümunələr var.

Mubahise.az saytı üçün tərcümə etdi : Nərminə Hüseynzadə

A- A A+