Bu gün:

Üzərinə ağac aşan avtomobillərin sığorta təzminatı hansı halda ödənilir? - Açıqlama

Üzərinə ağac aşan avtomobillərin sığorta təzminatı hansı halda ödənilir?

Hava şəraiti ilə bağlı ağacların avtomobillərin üzərinə düşməsinin şahidi oluruq.

Mubahise.az  “Fins.az”a istinadən xəbər verir.

Sürücüyə sığorta təzminatının bu cür hadisələrdə hansı hallarda düşməsini sığorta eksperti İlkin İbrahimovdan öyrəndik.

Ekspert Fins.az-a açıqlamasında bildirib ki, kasko sığortası olmayan vətəndaşların avtomobillərinin üzərinə ağacın və ya başqa yad bir predmetin düşməsi sığorta təminatı vermir. Onun sözlərinə görə, bunun üçün kasko sığortasına ehtiyac var:

“Ancaq kasko sığortası olan vətəndaşların avtomobillərinə hava şəraiti ilə bağlı dəymiş ziyana görə sığorta təminatı verilir”.

Qeyd edək ki, kasko sığorta könüllüdür.

 

A- A A+