Bu gün:

“Vətəndaşlar bir çox hallarda sığorta haqqında məlumatsız olurlar” - Ekspert

 “Vətəndaşlar bir çox hallarda     sığorta haqqında məlumatsız olurlar”

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) son vaxtlar ölkənin müxtəlif ərazilərində qeydə alınan silsilə yanğın hadisələri ilə əlaqədar vətəndaşlara və sahibkarlara müraciət edib.

Mubahise.az xəbər verir ki, sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Sputnik Azərbaycan-a deyir ki, vətəndaşlara müraciət və onların əvvəlcədən məlumatlandırılması yaxşı haldır: “Havaların dəyişməsi ilə bağlı olaraq vətəndaşların həm daşınan, həm daşınmaz əmlaklarının sığortalanmasının zərurətinin xatırladılması təqdirə layiqdir.

Vətəndaşlar bir çox hallarda sığorta haqqında məlumatsız olurlar, bəzən isə vaxt probleminə görə sığortaya o qədər də önəm vermirlər. Biz də vətəndaşlara sığortanın əhəmiyyətini xatırladaraq, mülkiyyətlərini mütləq sığortalamağı tövsiyə edirik”.

A- A A+