Bu gün:

Xalq artisti Əlixan Səmədovun qardaşı qətlə yetirildi

Xalq artisti Əlixan Səmədovun qardaşı qətlə yetirildi

Azərbaycanın Xalq artisti Əlixan Səmədovun qardaşı Vəlixan Səmədov qətlə yetirilib.

Mubahise.az-ın əldə etdiyi özəl məlumata görə, 1966-ci il təvəllədlü Vəlixan Səmədov iyulun 25-i saat 11 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən təcili tibbi yardım xəstəxanasının həyətində ölüb. 

Araşdırmalarla müəyyən edilib ki, V.Səmədov Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Çingiz Eldar oğlu Nuriyevin münaqişə zəminində onun baş nahiyəsinə yumruqla vurması nəticəsində ölüb.

Hadisəni törədən Ç.Nuriyev tutulub. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3- (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.

Qeyd edək ki, 2020-ci ilin avqust ayında da Sumqayıt şəhərinin Sülh prospektindəki parklardan birində 1966-cı il təvəllüdlü İxtiyar Allahverdiyev və Vəlixan Səmədov naməlum şəxslər tərəfindən döyülmüşdü.

V. Səmədov ötən ilin noyabr ayında isə özünü hərəkətdə olan avtomobilin altına ataraq intihara cəhd etmişdi.

A- A A+