Bu gün:

Yağışlı havalarda avtomobil necə idarə olunmalıdır - Cavab

Yağışlı havalarda avtomobil necə idarə olunmalıdır

YAĞIŞLI HAVALARDA AVTOMOBİL NECƏ IDARƏ OLUNMALIDIR?

Mubahise.az xəbər verir ki, Yağışlı havalarda yollarda vəziyyət ağırlaşır. Təcrübəsiz sürücülər avtomobillərinə ya dərin su çalalarında əziyyət verirlər, ya da qəzaya səbəb olurlar.

1. Ümumiyyətlə yağışlı havalarda görmə məsafəsinin azalması ilə əlaqədar olaraq sutkanın işıqlı vaxtında belə yaxın işıqları yanılı saxlayaraq avtomobili idarə etmək tövsiyyə olunur.

2. Yağışlı havalarda əycəl məsafəsi çoxaldığından avtomobilin sürətini icazə verilən həddən də aşağı salaraq idarə etmək, gedəcəyiniz ünvana 5-10 dəqiqə gec catmağınıza səbəb olacaq. Amma sağ-salamat çatmanıza səbəb olacaq.

Dərin su çalalarından kənar kecin.

- Elektron sükan olan avtomobillərdə sükan mexanizmini sıradan cixardir.

-Qızmış əyləc sistemi dərin su calasına düşdükdə əyləc disklərini əyir və sıradan cıxarır.

- Avtomobil mühərrikinin hava sovurma sisteminə su daxil olarsa mühərrik qidroudar nəticəsində dağıla bilər.

-İdareəetmə beyninə su kecə bilər esasəndə müəyyən idarəetmə bloklarına.

Dərin su çalasından sonra sürətlənməyə tələsməyin. Bu avtomobilinizin mühərrikinə,sürətlər qutusuna ziyandır. Ən əsası imkan verin əyləc sistemi az da olsa sudan azad olub qurusun.

Unutmayaq ki, olan və olmayan səkilərdə piyadalar hərəkət edir. Elə edək ki, yağışdan islananlar, avtomobilimizdən sıçrayan sudan islanmasınlar.

A- A A+