Bu gün:

Yaradıcı düşünmə üçün 5 addım

Yaradıcı düşünmə üçün  5 addım

Daha yaradıcı fikirlər yaratmaq üçün nə etməliyik?

Mubahise.az bu suala aydınlıq gətirib.

1940 -cı ildə James Webb Young adlı bir reklam işçisi “Fikir İstehsal etmək Texnikası” adlı qısa bir təlimat nəşr etdi. Bu təlimatda yaradıcı fikirlər yaratmaqla bağlı sadə, lakin dərin bir açıqlama verdi.

Younga görə, yeni fikirlər köhnə fikirlərə yeni elementlər əlavə etdikdə yaranır. Başqa sözlə desək, yaradıcı düşüncə boş bir lövhədən yeni bir şey yaratmaq deyil, daha əvvəl mövcud olan fikri inkişaf etdirməkdir. Bununla bərabər ,iki köhnə fikir arasında yeni bir əlaqə qura bilsəniz, yaradıcı bir şey etmiş olursunuz.

Young yaradıcı əlaqə prosesinin həmişə beş addımda baş verdiyinə inanırdı.

  1. Yeni məlumat toplayın. Əvvəlcə öyrənirsən. Bu mərhələdə diqqətinizi məsələnizlə birbaşa əlaqəli olan xüsusi materialı öyrənməyə və ümumi anlayışları  mənimsəməyə yönəldirsiniz.
  2. Materiallar üzərində  diqqətlə işləyin. Bu mərhələdə faktlara fərqli yanaşmadan baxaraq onları  birləşdirməyə çalışın.
  3. Problemdən uzaqlaşın. Sizi həyəcanlandıran və sizə enerji verən  başqa bir şey edin.
  4. Fikirlərinizin sizə qayıtmasına icazə verin. Siz onu düşünməyi buraxdıqda  fikriniz yeni  bir ideya halında  sizə qayıdacaq.
  5. Fikrinizi ictimaiyyətə təqdim edin. Hər  hansı bir fikrin uğur qazanması üçün onu   insanlara  təqdim etməli və tənqidi fikirlərə müsbət yanaşılmalıdır.

A- A A+